Avstraliyanın Sidney sahillərini vuran “mavi əjdaha” adlı nadir dəniz canlısı sosial mediada gündəm olub.
Medianews.az xəbər verir ki, canlını ilk dəfə görənlər şoka düşərkən, zəhərli olması ehtimalına qarşı da nəzarətli şəkildə yaxınlaşıblar. Kvinslend ştatının Stradbrok adasındakı çimərlikdə “Mavi əjdaha” adlı nadir növ dəniz canlısı görülüb.
Bunu görənlər təşvişə düşüb. Dəniz sahilinə dəyən canlı kifayət qədər təəccüblü olub. Uzun müddət sonra görünən bu növ çimərlikdə insanlarda narahatlıq yaradıb. Çimərlikdə olan insanlara zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edilib.
Mavi əjdaha dənizlərin sahilə və okean dibinə yaxın olmayan ərazilərində sərbəst yaşayır. Glaucus cinsinin yeganə növüdür, lakin Glaucidae ailəsinin başqa bir növü olan Glaucilla marginata ilə sıx bağlıdır. Bu növ adətən 6 sm-ə qədər böyüyə bilər və tünd mavi rəngdədir. Dünyanın bütün okeanlarında və mülayim tropik sularında rast gəlinir.
Medianews.az