““Qisas” əməliyyatının başlandığı elan edilib, lakin başa çatması ilə bağlı heç bir məlumat yoxdur”.
Bu sözləri Medianews.az–a Hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O qeyd edib ki, ölkədə antiterror əməliyyatı gözlənilməsə də, “Qisas” əməliyyatının davamı ola bilər:
“Azərbaycanda antiterror əməliyyatları gözlənilmir. Lakin bizim əsgərimizin şəhid edilməsinə qarşı həyata keçirilən əməliyyatlar davam edə bilər. Bunu Ermənistan nəzərə almalı və təxribat əməllərindən əl çəkməlidir. Heç “Qisas” əməliyyatı da yekunlaşmayıb. Müdafiə Nazirliyi rəsmi olaraq bu əməliyyatın başlandığını elan etsə də, başa çatması ilə bağlı heç bir məlumat yaymayıb. Bu isə o deməkdir ki, əməliyyatlar passiv fəzada davam edir. Ermənistan öhdəliklərini yerinə yetirənə qədər Azərbaycanın hərbi-siyasi təzyiqləri davam edəcək”.
Xanlar Əlibəy
Medianews.az