Ötən gün teleaparıcı Kamran Həsənli bizimlə söhbətində televiziyalarımızda peşəkar mütəxəsisslərin olmadığından gileylənmişdi. Onun bu fikirləri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu.
Mövzu ilə bağlı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Medianews.az-a açıqlamasında bu gün Azərbaycan televiziya məkanında ayrı-ayrı telekanalarda bacarıqlı televiziya aparıcılarının olduğunu vurğuladı:
“Azərbaycan teleməkanında maraqlı xəbər, “tolkşou” aparcıları kifayət qədərdir. Son zamanlarda efirlərimizdə maraqlı simalar görünür. Bizim televiziyayla bağlı narahatçılığımızın, tənqidlərmizin, fonunda həm də yaxşı televiziya aparıcılarını, əməkdaşlarını görmüş oluruq. Bunlar real faktdır.
Kamran Həsənlinin “televiziyalarımızda mütəxəssisimiz yoxdur”- fikrinə gəldikdə isə, mən onu dəstəkləyirəm. Ona görə ki, peşəkar televiziyaçı olmaq üçün televiziyanın bütün incəliklərini, onun müxtəlif problemlərini, dilə gətirmək, təhlil etmək, o haqda yazmaq, təhlillər aparmağı bacarmaq lazımdır. Böyük ehtimal ki, Kamran Həsənli o fikri səsləndirməklə bunu demək istəyib.
Təəssüf hissi ilə qeyd edim ki, televiziya mütəxəsisslərimiz barmaqla sayıla biləcək qədərdir. Kamran Həsənli televiziya aparıcısı, mütəxəsissidir, ona görə də bir şeyi tənqidi qarşılamaq onun üzərində əsasız mübahisələr etmək deyil, düşünmək lazımdır ki, bu sahəni necə inkişaf etdirək.
Çox arzu edirəm ki, bizim peşəkar televiziya jurnalımız olsun, yəni televizayının nəzəri bilikləri, inkişafı, peşəkar təhlillərini daha aydın şəkildə aparan mütəxəsisslərimiz yetişməlidir. Bu çox önəmlidir.
İndi kommunikasiya- televiziya və internet arasında böyük rəqabət gedir. Hər iksində çox ciddi problemlər var. Amma televiziya konkret sahədir, özünün peşəkar ölçüləri, standartları var. Biz çalışmalıyıq ki, bu standartları, peşəkarlığı, daha yüksək səviyyəyə çatdıraq”.
Medianews.az