Türkiyəli müğənni Demet Akalın Türkiyədə konsert verib.
Medianews.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında qeyd edib.
Çeşmədə musiqili proqramla çıxış edən Demet sevənlərinə unudulmaz gecə yaşadıb. Müğənninin saç və makiyajı üzərində azərbaycanlı stilist Anar Ağakişiyev çalışıb.
Akalın konserti zamanı taxma saçının Anarın salonunda bir aya hazırlandığını bildirib.