76 saylı Lənkəran – Astara seçki dairəsi üzrə Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun növbəti səyyar qəbul-görüşü Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
Medianews.az xəbər verir ki, görüşdə dairənin və eləcədə Lənkəran şəhərinin sakinləri iştirak edib.
Görüşdə deputat şəhid ailələri, müharibə iştirakçıları və digər vətəndaşların müraciətləri ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, əlilliklə bağlı problemlər və işlə təminat kimi məsələlərlə müraciət ediblər.
Müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb. Səmimi keçən görüşdə vətəndaşlar, seçicilərini diqqətsiz qoymayan deputatlarına və cənab Prezidentə minnətdarlıq ifadə ediblər.
Medianews.az