İlin əvvəlindən 220 min hektardan çox meşə sahəsinin yandığı İspaniya XXI əsrin ən böyük meşə yanğınları ilə mübarizə aparır.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatlarına görə, İspaniya son 22 ildə meşə yanğınları ilə bağlı ən pis ili yaşayır.
İtaliya və İspaniya da meşə yanğınları ilə mübarizə aparır
İspaniya və İtaliyada baş verən meşə yanğınları on minlərlə hektar yaşıl sahəyə ziyan vurub.
Avropada meşə yanğınları 15 illik orta göstəricidən təxminən dörd dəfə çoxdur. İspaniyada 220 min hektardan çox meşə sahəsi yanıb.
Bu ilin cəmi 7 ayında yanan ərazinin ən çox yanğın baş verən illərdən biri olan 2012-ci ildə yanan ərazilərdən yuxarı olduğu, iyul ayı ilə müqayisədə isə digərlərinə nisbətən dörd dəfə çox yandığı deyilir.
Medianews.az