“Bu gün televiziyada çalışanların çoxu media işçisi olmadıqları üçün, anlayışları yalnız kağız üzərində reytinq dairəsi adlanan yalançı iqtidardadır”.
Bu sözləri Medianews.az-a açıqlamasında teleaparıcı Kamran Həsənli bildirib. O, qeyd edib ki, bu gün televiziyalarımız izlənmə sayına görə sosial şəbəkələrdən çox geridə qalıb:
“Televiziya işçiləri fikirləşirdilər ki, insanlar saatlarla oturub, sosial şəbəkələrdə hansısa bir mövzu ətrafında danışa, müzakirə apara bilməz. Amma bu belə deyil, gördüyünüz kimi sosial şəbəkələrdə nə dekorasiya, nə işıqlar, nə xüsusi avadanlıqlar var. Lakin sosial şəbəkənin baxış sayı televiziyadan daha çoxdur. Sosial şəbəkə bu gün daha maraqlı və məntiqlidir. Televiziya sosial şəbəkə ilə rəqabətə belə girmək istəmir, çünki televiziyanın baxış sayı çox azdır.
TV verlişlərini maraqlı etmək üçün daha çox şansı var. Bizim bir çox TV işçilərimizin televiziyadan anlayışları yoxdur.
Baxımlılığa gəldikdə isə sosial şəbəkə çox üstündür. Bu gün televiziyamızda hazırlanan verlişlərin bir çoxu ya ərə getmək, ya yemək bişirməklə bağlıdır. Sosial şəbəkələrlə televiziyanın fərqi ondadır ki, insanlar sosial şəbəkələrdə fikrlərini anında şərh kimi qeyd edə bilirlər. Bu yaxınlarda verlişlərin birində qonağın efirdən qovulması ilə bağlı sosial şəbəkələrdə ictimai rəy bildirildi. Hazırda rahatlıqla demək olar ki, artıq xalqın dünyaya baxan güzgüsü televiziya deyil, sosial şəbəkələrdir. Dünyada gedən bütün proseslər sosial şəbəkələr vastəsilə izlənilir.
Bu gün televiziyamız da 75 yaşlı nənənin ərə getmək arzusundan danışılırsa sizcə bu televiziyanı kim izləyər? Televiziyada milli dəyərlərimizə ayid olmayan bir çox boşluqlar var.”
Ayşən Azadova
Medianews.az