Keçmiş əri Ceymi Spirslə bağlı məhkəmədə qalib gəldikdən sonra azadlığını əldə edən və Sem Asgari ilə evlənən dünyaca məşhur sənətçi Britni Spirs bu dəfə keçmiş əri Kevin Federlaynın hədəfindədir.
Medianews.az xəbər verir ki, Spearsdən iki oğlu olan Federlayn deyir ki, uşaqları analarını görmək istəmirlər.
Sənətçi 13 illik qəyyumluğu üzərində gedən məhkəmədə qalib olmuşdu. Azadlığa çıxdıqdan sonra isə İyun ayında Sem Asgari ilə ailə quran müğənni bu dəfə keçmiş həyat yoldaşı Kevin Federlaynla üz-üzə gəlib.
Məşhur müğənnidən Şon Preston və Ceyden adlı iki oğlu olan sənətçinin keçmiş həyat yoldaşı İTV News-a müsahibəsində övladlarının analarını görmək istəmədiyini bildirib.
Medianews.az