Gəncədə 40 yaşlı qadın gəmiricilər əleyhinə olan dərman içərək ölüb.
“Qafqazinfo” nun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.1982-ci il təvəllüdlü Əliyeva Kəmalə yaşadığı evdə gəmiriciləri öldürmək üçün istifafə olunan dərmanı içərək özünü zəhərləyib.
Onun hansı səbəbdən intihar etməsi hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.