Türkiyə Prezidenti Ərdoğan Soçi Beynəlxalq Hava Limanına enib.
Bu barədə Medianews.az Haberglobal.com-a istinadən xəbər verir.
Ərdoğanı Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, Novorossisk baş konsulu Fırat Bayar və digər Rusiya rəsmi şəxsləri qarşılayıb.
Bir günlük proqram çərçivəsində Ərdoğanla Putin qlobal və regional məsələlərlə yanaşı, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı da müzakirə aparacaqlar.