“Müdafiə Nazirliyi məlumatları dəqiqləşdirib, sürətli şəkildə mediaya ötürməlidir”.
Bu sözləri Medianews.az-a açıqlama verən əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli söyləyib. O bildirib ki, dezinformasiyaların qarşısını almaq üçün rəsmi məlumatlar vaxtında yayılmalıdır:
“Müdafiə Nazirliyi məlumatları dəqiq və sürətli şəkildə mediaya ötürməlidir. Çünki cəmiyyət informasiya gözləyir. Bu çox ciddi və həssas məsələdir. Məlumat vaxtında verilmədiyi təqdirdə müxtəlif şaiyələr, miflər formalaşır. Bunu nəzərə alaraq, Müdafiə Nazirliyi kifayət qədər operativ olmalıdır. Media mənsubları da rəsmi informasiyaları gözləməyi öyrənməlidir. Maksimum şəkildə çalışmalıyıq ki, dezinformasiyaların qarşısı alınsın”.
Xanlar Əlibəy
Medianews.az