Oktyabrın 31-də dünya şöhrətli iş adamı Bill Qeytsin Türkiyəyə gəlişi böyük əks-səda doğurmuşdu.
Medianews.az xəbər verir ki, Bill Qeytsin səfərindən sonra bu gün onun “Lana” adlı lüks yaxtasının Türkiyənin Muğlanı şəhərində Emel Sayın körfəzində lövbər saldığı bildirilib.
Bill Qeytsin yaxtada olub-olmaması isə hələlik məlum deyil.
Məşhur iş adamı Türkiyəyə səfərləri ictimaiyyət tərəfindən hər zaman maraqla izlənilir. “Microsoft” şirkətinin həmtəsisçisi və dünyanın ən zənginlərindən biri olan Bill Qeytsə məxsus “Lana” charter super yaxtası və logistika dəstək gəmisidir.
İş adamı Bill Qeytsin “Lana” adlı lüks yaxtası və “Lana”nı müşayiət edən “Wayfinder” katamaranı Emel Sayın körfəzində lövbər salıb. Yaxtada və katamaranda mühafizəçilər və şəxsi heyət də daxil olmaqla ümumilikdə 35 nəfərin qaldığı təxmin edilir. Bill Qeytsin yaxtada olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, ötən il oktyabrın 31-də Bodruma tətilə gedən Bill Qeyts Gökova, Marmaris və Fethiye körfəzlərini gəzdikdən sonra Bodruma qayıtmışdı.