Ötən ay Avropanı bürüyən qızmar istidə minlərlə insanın həyatını itirdiyi bildirilir.
Medianews.az xəbər verir ki, Politico saytının hava məlumatlarına əsaslanan xəbərə görə , iyul ayında bəzi ölkələrdə rekord qıran istilərdə can itkisi ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
İngiltərə tarixində ilk dəfə olaraq havanın temperaturu 40 dərəcəyə çataraq ölkədə böyük yanğınlara səbəb olub. Avropanın bir çox bölgəsi iyul ayı ərzində quraqlıq və meşə yanğınları ilə mübarizə aparıb.
Digər tərəfdən, Almaniyada 18 iyul həftəsində koronavirusa yoluxma halları istisna olmaqla, son beş illə müqayisədə can itkisi 3 mindən çox artıb. İspaniya və Portuqaliyada da 45 dərəcəyə çatan temperaturda ölümlərin sürətlə artdığı bildirilir.
Mütəxəssislər vurğulayırlar ki, Avropada həddindən artıq istidən ölənlərin sayını müəyyən etmək çətindir.
Leyla, Medianews.az