Ötən gecə Braziliya səmasında atmosferə daxil olan meteorit gecəni gündüzə çevirib. Meteorit San Paulo və Minas Gerais əyalətlərindən görünüb.
Medianews.az xəbər verir ki, Meteorit ətrafdakı təhlükəsizlik və müşahidə kameraları tərəfindən qeydə alınıb. Braziliya Asteroid Monitorinq Şəbəkəsi bəyan edib ki, meteoritin yaydığı güclü məşəlin parçalanması uzun müddət çəkib.
Mütəxəssislər meteorit parçalarının düşdüyü nöqtələri müəyyənləşdirməyə çalışırlar. Ehtimal edilir ki, meteorit parçaları Aquai, San Paulodakı Mogi Mirim və ya Minas Geraisdəki Poços de Kaldas şəhərlərindən birinə düşmüş ola bilər.
Leyla, Medianews.az