ABŞ administrasiyasının meymun çiçəyi xəstəliyinə yoluxma hallarının 6 min 600-ü keçdikdən sonra virusa görə fövqəladə vəziyyət elan edəcəyi irəli sürülüb.
Medianews.az xəbər verir ki, bu xəbəri ABŞ mətbuatı Bayden administrasiyasına yaxın mənbələrə istinadən yayıb.
Qeyd edək ki, indiyədək Nyu York, Kaliforniya və İllinoys ştatlarında meymun çiçəyi səbəbilə fövqəladə vəziyyət elan edilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, bu il dünyada ən azı 26,200 meymun çiçəyinə yoluxma halı müəyyən edilib. ABŞ-da isə meymun çiçəyi xəstəliyinə yoluxma hallarının orta yaşının 35 olduğu, indiyədək ABŞ-da 5 uşaqda virusun aşkarlandığı bildirilib.
Leyla, Medianews.az