Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ və Qərb ölkələrinin bütün dünyada dinc əhaliyə qarşı soyqırım da daxil olmaqla insan haqları pozuntuları törətdiyi bildirilib. Bəyanatda deyilir: “Bəşəriyyətə qarşı cinayətlər üçün heç bir məhdudiyyət müddəti yoxdur”.
Medianews.az xəbər verir ki, ABŞ-ın “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirini Əfqanıstanda hava hücumu ilə öldürdüyünü elan etməsindən sonra gələn açıqlama diqqət çəkib. Şimali Koreya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, “ABŞ və müttəfiqlərinin Əfqanıstanda son vaxtlar insanlığa qarşı törətdiyi cinayətlər bir-birinin ardınca üzə çıxarılaraq, bu, böyük təəccüb və qəzəb doğurub. Məlum faktdır ki, ABŞ və Qərb ölkələri bütün dünyada açıq-aşkar insan haqları pozuntuları, o cümlədən dinc əhaliyə qarşı soyqırımı törədiblər”, – deyə bildirilir.
Bəyanatda həmçinin qeyd olunub ki, “2019-cu ilin mart ayında Suriyada bir kəndə hava hücumu həyata keçirən, aralarında qadın və uşaq da daxil olmaqla onlarla mülki vətəndaşı qətlə yetirən ABŞ Silahlı Qüvvələri 2019-cu ilin mart ayından bu günə qədər vəhşilikləri ört-basdır etmək üçün həmin ərazini buldozerlərlə dağıdıblar”.
Açıqlamada ABŞ-ı hədəf alan 11 sentyabr terror aktlarına da toxunulub. Bildirilib ki, hücumlardan bu yana ABŞ-ın Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə 90 mindən çox hava hücumu təşkil etdiyi, 48 mindən çox günahsız insan öldürülüb.
ABŞ-da insan hüquqlarının pozulması iddialarına da toxunaraq, “ABŞ Quantanamo həbsxanası və buna bənzər bir çox mərkəzlər günahsız insanlara qanunsuz həbs edildikdən sonra vəhşicəsinə işgəncə vermək məqsədi ilə yaradılıb. Bu mərkəzlər o qədər ağır insan haqları pozuntuları evinə çevrilib ki, bizə İkinci Dünya Müharibəsi zamanı yaradılmış nasist konsentrasiya düşərgələrini xatırladır “,-deyə bilirilib.
Leyla, Medianews.az