Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya bazarından tamamilə çəkilməyə qərar verən H&M, bu ölkədəki fəaliyyətini dayandırıb. Ancaq Rusiya bazarını tamamilə tərk etməzdən əvvəl məhsullarını satmaq üçün yenidən açılıb.
Medianews.az xəbər verir ki, şirkət əlində olan malları satmaq üçün Rusiyadakı mağazalarını qısa müddətlik açıb və paytaxt Moskvada mağazaların qarşısında uzun növbələr yaranıb.
İngilis xəbər agentliyi Reuters H&M qarşısında gözləyən ruslarla danışıb. İrina adlı qadın “H&M-dən sonra nə edəcəyimizi bilmirik. Ona görə də buradayıq. İçəri girib hər şeyi almağı planlaşdırıram”,-deyə bildirib.
Başqa bir müştəri, Katerina isə deyib: “Bunun baş verməsinin səbəbi dəhşətlidir. İlk növbədə bu barədə düşünməliyik”.
Qeyd edək ki, H&M Rusiya bazarından çıxmaq qərarına gəldikdən sonra mağazalarını açmağa qərar verən yeganə şirkətdir. Bundan əvvəl mebel nəhəngi “IKEA”da Rusiya bazarını tərk etdiyini və yalnız onlayn satış üçün açıldığını açıqlamışdı.
Leyla, Medianews.az