Hollandiyada quraqlıq səbəbindən su qıtlığı yaşanır.
Medianews.az xəbər verir ki, Hollandiya hökumətindən verilən açıqlamada bildirilib ki, İnfrastruktur və Su Təsərrüfatı Nazirliyi hava istiliyinin artması ilə əlaqədar iyul ayının ortalarından ölkədə su qıtlığının olduğunu bildirib.
Su paylama planının istifadəyə verildiyi bildirilən açıqlamada müəyyən meyarlar nəzərə alınmaqla təmiz suyun prioritet yerlərə paylanacağı bildirilib. Plana əsasən, ölkəni dənizdən qoruyan bəndlərin, kanalların təhlükəsizliyinə, içməli su və enerji təchizatının mühafizəsinə üstünlük veriləcək. Sənayedə, kənd təsərrüfatında və digər dənizçilik işlərində istifadə olunan su sərəncama uyğun olaraq bölüşdürüləcək.
İnfrastruktur və Su Təsərrüfatı Naziri Mark Harbers bildirib ki, quraqlıq Hollandiyada tez bir zamanda kəskin problemə çevrilə, su nəqliyyatı pozula bilər.
Leyla, Medianews.az