“Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq getdikcə genişlənir”.
Medianews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə yazıb.
O bildirib ki, Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin şöbə müdiri Həsən Əmrah Dəmirçioğlu Azərbaycanda səfərdədir. Səfərin məqsədi təhlükəslik sahəsində seminarda iştirak etmək və təcrübə mübadiləsi aparmaqdır. (Oxu.az)