Ukrayna Kosovada sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çağırmağa qərar verib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, hazırda Kosovadakı sülhmrəamlı heyətin Ukraynaya qaytarılması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, iyulun 31-də Kosovanın şimalında serblərlə toqquşmalar baş verib.
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosova ordusunun ölkənin şimalında serblərə hücum edəcəyini iddia edib.