Bu gün Laçında erməni təxribatı nəticəsində şəhid olmuş əsgərimiz Kazımov Anar Rüstəm oğlunun Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən evinin həyətində hüzr mərasimi üçün hazırlıq görülür.
Şəhidilə vida mərasimi sabah saat 12-də olacaq və 18 yaşlı şəhid Anar Kazımov Qaracəmirli kəndində dəfn olunacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! (Musavat.com)