“Neft qiymətlərində müəyyən enmələr ola bilər”
Bu sözləri Medianews.az-a açıqlama verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib. Ekspert neftin bir müddətlik bahalaşmasına əsas səbəbin Rusiya-Ukrayna müharibəsi olduğunu bildirib:
“Rusiya-Ukrayna müharibəsi çərçivəsində Qərbin Rusiyaya sanksiya tətbiq etməsi, onlara enerji resurslarından istifadə etməyə qadağa qoyması neft qiymətlərinin bahalaşmasına səbəb olmuşdu. Rusiyanın sanksiyalara qarşılıq verməsi vəziyyəti dəyişdirdi. Bundan sonra Avropa İttifaqının alternativ təchizatçılarla danışıqlar aparması neft qiymətlərinə təsir edib. Xüsusilə Baydenin Yaxın Şərqə səfəri və Səudiyyə Ərəbistanla görüşləri neft qiymətlərini ucuzlaşdırıb. Sonraki dövrdə Səudiyyə Ərəbistanın hasilatı artırması, o cümlədən digər enerji mənbələrində də hasilatın artırılması qiymətin düşməsinə səbəb olub”.
Ruslan Atakişiyev neftin gələcək taleyini deməyin çətin olduğunu bildirib:
“Avropa Birliyinin alternativ təchizat mənbələri ilə danışıqları uğurlu nəticə verdiyi halda bazarda müəyyən enmələr ola bilər. Yenə də dəqiq proqnoz söyləmək çətindir. Çünki dünyada müxtəlif münaqişə ocaqları var”.
Xanlar Əlibəy
Medianews.az