Misir və Yunanıstan Aralıq dənizində birgə təlimlər keçirib.
“Silahlı qüvvələrin digər ordularla təlim səviyyəsinin yüksəldilməsi və təcrübə mübadiləsinin aparılması planının bir hissəsi olaraq, iki ölkənin qüvvələri şimal donanma bölgəsində (Misir) dəniz təlimləri keçirib”, – Misir Silahlı Qüvvələrinin bəyanatında deyilir.
Medianews.az xəbər verir ki, açıqlamada Misirin “əl-Moaz” korveti ilə Yunanıstanın “HS İkaria” desant gəmisinin təlimə qatıldığı, təlimin iki dəniz donanmasına nail olmaq üçün təcrübə mübadiləsi və bir-birinin bacarıqlarını öyrənməsinə imkan verdiyi ifadə edilib.
Bildirilib ki, təlim müxtəlif təlim proqramlarını, o cümlədən dənizdəki həyati əhəmiyyətli hədəfin potensial təhlükələrdən qorunması və dəniz minalarının məhv edilməsini əhatə edib.
Digər tərəfdən, ötən ilin noyabr ayında Yunanıstan, Misir, Kipr Rum Administrasiyası (GCA) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yunanıstanda ortaq hava və dəniz təlimi keçirmişdi.
Leyla, Medianews.az