II MİLLİ YAYLAQ FESTİVALI yekunlaşdı.
“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü və təşkilatçılığı, dövlət qurumların dəstəyi və tərəfdaşlığı ilə keçirilən II Milli Yaylaq Festivalı sona çatdı.
Medianews.az xəbər verir ki, 3 avqust saat 18:30-da Gəncədə “Kitab Oxu” Evində II “Milli Yaylaq Festivalı”nın yekununa dair mətbuat konfransı keçiriləcək.
Tədbirdə 3 günlük Milli Yaylaq Festivalının ən maraqlı anlarını əks etdirən videoçarxın təqdimatı olacaq.
Həmçinin “MYF2022” təşkilat komitəsinin üzvləri media nümayəndələrinin suallarını cavablandıracaq.
Ünvan: Mustafa Kamal Atatürk prospekti 248, “Kitab oxu” evi…
Medianews.az