Yaponiyanın müxtəlif bölgələrində mövsümi normalardan yüksək temperatur minlərlə insanı xəstəxanalıq edib.
Medianews.az xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatlarına görə, avqustun 25-dən 31-dək isti vurması səbəbindən 7 min 116 nəfər xəstəxanaya yerləşdirilib.
Əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilənlərin sayı 3077 nəfər artarkən, Yaponiya Meteorologiya Agentliyi (JMA) yüksək temperaturun gələn həftəyə qədər davam edəcəyini açıqlayıb və xalqa istivurması ilə bağlı xəbərdarlıq edib.
Digər tərəfdən, dünən termometrlərin 39,5 dərəcə göstərdiyi ölkənin Kanto Koşin və Tokay bölgələrində maksimal temperaturun bu gün 38 dərəcə və ya daha yüksək olacağı açıqlanarkən, səlahiyyətlilər çölə çıxmamaq çağırışlarını təkrarlayıblar.
“Kondisionerdən istifadə edin və lazım olmadıqca bol su istehlak edin”,-deyə bəyanatda deyilir.
Leyla, Medianews.az