“Atalarımın torpağında olduğum üçün çox şadam. Şuşa çox gözəldir. Hətta cənnət kimidir. Burada ilk dəfədir oluram. Bizə bu fürsəti yaratdıqları üçün Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm”.
Bu fikirləri Medianews.az-a açıqlamasında Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı, türkiyəli Hüseyn Şıktaş deyib.
O, Şuşanın işğaldan azad edilməsinin Vətən müharibəsinin əsas simvollarından biri olduğunu söyləyib: “44 günlük müharibəni həyəcanla izləyirdik. Azərbaycanın qələbə xəbərlərini səbrsizliklə gözləyirdik. Sevincdən ağlamaq məhz belə anlarda olur. Əlbəttə, Türkiyə ilə Azərbaycan bundan sonra da birlikdə olacaq. Şuşa zəfəri qardaşlığımızın göstəricisi və nəticəsidir. Ümid edirəm, qələbələrimiz və uğurlarımız daimi olacaq”.