Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi 31 iyulda 88 faiz doluluq səviyyəsi ilə sərnişin sayına görə rekord qırdıqlarını açıqlayıb.
Medianews.az xəbər verir ki, Bilal Ekşi sosial media hesabından etdiyi paylaşımda deyib:
“Aviasiya böyüyür. Bazar (31 iyul 2022) günü 88 faiz doluluq səviyyəsilə sərnişin sayında rekord qırdıq. Təyyarələrimizlə düz 272 min 275 sərnişini qonaq etdik. Bu, tarixi rekorddur. Türkiyə böyüyür, THY yüksəklərdən uçur”.