ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu gün Tayvana səfər edəcəyi gözləntiləri Çin və ABŞ arasında gərginliyə səbəb olub.
Medianews.az xəbər verir ki, Tayvan mediasının diplomatik qaynaqlarına əsaslanaraq, Pelosinin bu gün Tayvana enməsi gözlənildiyi iddia edilərkən, ABŞ-ı dəfələrlə sərt mesajlarla xəbərdar edən Çin hökuməti adaya öz döyüş təyyarələrini göndərib.
Reuters xəbər agentliyinə danışan mənbələr Çin döyüş təyyarələrinin Tayvan adasının ətrafında uçduğunu və gərginliyin çox yüksək olduğunu bildirib. Çin döyüş gəmilərinin də bölgəyə yerləşdirildiyi bildirilir. Mənbələr Çin təyyarələrinin davamlı olaraq taktiki manevrlərlə adanın ətrafında dövrə vurduğunu, Tayvan ordusunun isə onları izlədiyini bildirib.
Leyla, Medianews.az