Müğənni Aysun İsmayılovaya qarşı TikTokda dələduzluq edilib.
BAKU.WS-in məlumatına görə, bu barədə ifaçının özü məlumat verib.
Onun sözlərinə görə, canlı yayımda istifadə olunan jetonlardan satan bir istifadəçi 120 manatını ələ keçirib:
“Tiktokda jeton satan fırıldaq, səni biabır edəcəyəm. Sən yaxşı yerə ilişməmisən. Söhbət məbləğdən getmir. Dünən bu … bizdən jeton adı ilə 120 manat pul alıb, indi nə jeton var, nə də özü. Elə bilirsən ki, səni tapa bilmərik?”
Sözügedən görüntüləri təqdim edirik: