Bazar, 14 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Avqustun 2-si Azərbaycan kinosunun yarandığı gündür

XƏYALƏ
02/08/2022 10:23
13
BAXIŞ
FacebookTwitterTelegram

 

1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film (“İlişdin”) nümayiş olunub.

İlk filmlər fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetlər (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, Yerevan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.

1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən dramaturq Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

DAHA ÇOX OXU

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı
1-MANŞET

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

13/08/2022 21:09
Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı
1-MANŞET

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

13/08/2022 21:07
İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi
1-MANŞET

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

13/08/2022 21:03
Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb
Mədəniyyət

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

13/08/2022 17:56
“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi
1-MANŞET

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

13/08/2022 14:38
Mövqelərimiz 8 dəfə atəşə tutulub
1-MANŞET

Mövqelərimiz 8 dəfə atəşə tutulub

13/08/2022 14:26
SON XƏBƏR
ABŞ İrana kömək edən şirkətlərə sanksiya tətbiq etdi

ABŞ İrana kömək edən şirkətlərə sanksiya tətbiq etdi

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün 100 milyon manat ayrılıb

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün 100 milyon manat ayrılıb

Məşhur aktrisa koronaya yoluxdu

Məşhur aktrisa koronaya yoluxdu

Xəbər lenti

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

“Uşaqlarımızı götürüb ailəliklə bu ölkədən qaçırıq” – Ermənistan vətəndaşı

13/08/2022 21:09

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü – Bakıdakı qətlin təfərrüatı

13/08/2022 21:07

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

İslamiadada skandal – Bu yarışın nəticələri ləğv edildi

13/08/2022 21:03

Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib

Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib

13/08/2022 18:06

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

Azərbaycanlı aktyor xəstəxanadan evə buraxılıb

13/08/2022 17:56

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak ediblər

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak ediblər

13/08/2022 17:48

Əliyev Ermənistana “yol xəritəsi” cızıb: Paşinyan isə icra edir, erməni silahlılar çıxarılır

Əliyev Ermənistana “yol xəritəsi” cızıb: Paşinyan isə icra edir, erməni silahlılar çıxarılır

13/08/2022 16:53

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

13/08/2022 16:11

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

Üçüncü kurs tələbəsi bədbəxt hadisə nəticəsində öldü- FOTO

13/08/2022 15:04

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

Bu qəndləri almayın – AQTA-dan xəbərdarlıq

13/08/2022 14:59

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır – Açıqlama

13/08/2022 14:57

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

Nusret Gökçe 4 aylıq GƏLİRİ İLƏ HƏR KƏSİ ŞOKA SALDI – FOTO

13/08/2022 14:47

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

“Green card”la ABŞ-a köçdü, Silikon Vadisində işə düzəldi: Azərbaycanlı gəncin uğur hekayəsi

13/08/2022 14:38

Mövqelərimiz 8 dəfə atəşə tutulub

Mövqelərimiz 8 dəfə atəşə tutulub

13/08/2022 14:26

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard dollardır

13/08/2022 12:59

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13/08/2022 12:39

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

13/08/2022 12:29

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

Dəhşətli qəzada həlak olan məşhur aktrisanın orqanları ehtiyacı olan insanlara bağışlanacaq – FOTOLAR

13/08/2022 12:22

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

Antalyaya uçan təyyarə Bakıda plandankənar eniş edib

13/08/2022 12:19

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

Türkiyədə İLK: Bu vəzifəyə qadın general olundu – FOTO

13/08/2022 12:13

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

Zakir Həsənov Ordumuza Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi

13/08/2022 12:13

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

Çavuşoğlunun açıqlamalarından sonra suriyalılar üsyana qalxdı – VİDEO

13/08/2022 12:06

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

Məşhur yazıçını “Şeytan ayələri” kitabını yazdığına görə boynundan bıçaqlandılar – ANBAAN VİDEO

13/08/2022 11:55

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

Sentyabrda Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş ola bilər

13/08/2022 11:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.