Ukrayna qüvvələrinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda Rusiya donanmasına zərbələr endirdiyi bildirilir.
Medianews.az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev Ukraynanın Rusiya donanmasına pilotsuz təyyarə ilə hücum etdiyini, 5 əsgərin yaralandığını və bu gün keçiriləcək Hərbi Dəniz Qüvvələri Günü tədbirlərinin ləğv edildiyini açıqlayıb. Razvojayev deyib ki, “naməlum obyekt donanmanın qərargahına düşüb. İlkin göstəricilərə görə, bu, pilotsuz uçuş aparatı olub”.
Rusiya rəsmisi bölgə əhalisini evlərini tərk etməməyə çağırıb. Hücumla bağlı Ukraynadan heç bir şərh verilməyib.
Leyla, Medianews.az