Seda Sayanın həyat yoldaşı Çağlar Ökten oğlu Artur Ökten məşhur sənətçi ilə münasibətindən danışıb.
Medianews.az xəbər verir ki, 12 yaşlı Artur sosial media hesabında “sən Seda Sayana ana deyirsən?” sualına və “artıq beliniz yerə dəyməz” kimi şərhlərə də reaksiya verib.
O, cavabında bildirib: “1- Seda mənim anam deyil, ona bacı deyirəm. 2 – Əsl anam sayəsində belim yerə dəymir. Mənim arxamda anam var, Seda Sayan yox”.
Xatırladaq ki, Seda Sayan özündən 25 yaş kiçik Çağlar Ökten ilə ötən ilin aprelində evlənib.
Leyla, Medianews.az