Çərşənbə, 10 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir

XƏYALƏ
01/08/2022 08:13
49
BAXIŞ
FacebookTwitterTelegram

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Xatırladaq ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz altmışdan çox saytın dili ilə bağlı monitorinq aparıb və nəticələrin əks olunduğu hesabatı kitab şəklində nəşr etdirib.

DAHA ÇOX OXU

Mənzil bazarında qiymətlər niyə bahadır?
1-MANŞET

Mənzil bazarında qiymətlər niyə bahadır?

10/08/2022 12:03
İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb
1-MANŞET

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

10/08/2022 11:43
300 manat alan pensiyaçı 345 manat alacaq – Pensiyalarda böyük artım gözlənilir
Cəmiyyət

300 manat alan pensiyaçı 345 manat alacaq – Pensiyalarda böyük artım gözlənilir

10/08/2022 11:29
Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək – Ekspert
Cəmiyyət

Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək – Ekspert

10/08/2022 10:49
Hərbi xidmətə könüllü daxil olan vətəndaşlarla bağlı yeni qərar
Cəmiyyət

Hərbi xidmətə könüllü daxil olan vətəndaşlarla bağlı yeni qərar

10/08/2022 10:15
Səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur- Qidalanma eksperti
Cəmiyyət

Səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur- Qidalanma eksperti

10/08/2022 10:02
SON XƏBƏR
ABŞ-da sel qurbanlarının sayı 26-ya çatdı

ABŞ-da sel qurbanlarının sayı 26-ya çatdı

Yay fəslində soyuqdəymə, qrip xəstəlikləri ilə mübarizə üsulları!

Yay fəslində soyuqdəymə, qrip xəstəlikləri ilə mübarizə üsulları!

Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb

Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb

Xəbər lenti

“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

10/08/2022 12:08

Mənzil bazarında qiymətlər niyə bahadır?

Mənzil bazarında qiymətlər niyə bahadır?

10/08/2022 12:03

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

10/08/2022 11:56

Anar Kərimovdan yeni təyinat

Anar Kərimovdan yeni təyinat

10/08/2022 11:49

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

10/08/2022 11:43

Britaniya kəşfiyyatı: “Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır”

Britaniya kəşfiyyatı: “Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır”

10/08/2022 11:39

300 manat alan pensiyaçı 345 manat alacaq – Pensiyalarda böyük artım gözlənilir

300 manat alan pensiyaçı 345 manat alacaq – Pensiyalarda böyük artım gözlənilir

10/08/2022 11:29

Media Reyestri yaxın günlərdə fəaliyyətə başlayacaq

Media Reyestri yaxın günlərdə fəaliyyətə başlayacaq

10/08/2022 11:18

Qarabağda 42 abidə pasportlaşdırılıb – Dövlət Xidməti

Qarabağda 42 abidə pasportlaşdırılıb – Dövlət Xidməti

10/08/2022 11:14

“Lokomotiv”in sabiq baş məşqçisi “Qarabağ”ın qələbəsindən danışdı: “Sürpriz deyil”

“Lokomotiv”in sabiq baş məşqçisi “Qarabağ”ın qələbəsindən danışdı: “Sürpriz deyil”

10/08/2022 10:54

Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək – Ekspert

Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək – Ekspert

10/08/2022 10:49

“Qarabağ” Bakıya döndü

“Qarabağ” Bakıya döndü

10/08/2022 10:43

Mustafa Kamal Atatürkün vəsiyyəti: “Bankdakı pullarımı…”

Mustafa Kamal Atatürkün vəsiyyəti: “Bankdakı pullarımı…”

10/08/2022 10:29

Hərbi xidmətə könüllü daxil olan vətəndaşlarla bağlı yeni qərar

Hərbi xidmətə könüllü daxil olan vətəndaşlarla bağlı yeni qərar

10/08/2022 10:15

Səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur- Qidalanma eksperti

Səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur- Qidalanma eksperti

10/08/2022 10:02

Flora Kərimova: “İndiyə qədər heç bir saytı məhkəməyə verməmişəm, amma bundan sonra…”

Flora Kərimova: “İndiyə qədər heç bir saytı məhkəməyə verməmişəm, amma bundan sonra…”

10/08/2022 09:49

“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

10/08/2022 09:41

Yaponiya hökuməti tam tərkibdə istefa verdi

Yaponiya hökuməti tam tərkibdə istefa verdi

10/08/2022 09:35

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR

10/08/2022 09:26

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb

10/08/2022 09:18

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

10/08/2022 09:13

“Burger King” minlərlə müştəriyə boş qəbz göndərdi – FOTO

“Burger King” minlərlə müştəriyə boş qəbz göndərdi – FOTO

10/08/2022 07:21

Rusiyada linglə direktorun otağına girib pul seyfini apardılar – VİDEO

Rusiyada linglə direktorun otağına girib pul seyfini apardılar – VİDEO

10/08/2022 07:03

Uşaqlara təcavüz edən hindistanlı keşiş həbs edildi

Uşaqlara təcavüz edən hindistanlı keşiş həbs edildi

10/08/2022 06:44

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.