Muğlada yaşayan Zəhra Bayır narkotik aludəçisi olduğu iddia edilən qardaşının müalicə xərclərini qarşılamaq üçün məkanlardan birində mahnı oxuyurmuş.
Medianews.az xəbər verir ki, məkandan aylıq pulunu ala bilməyən Zəhra Bayıra pulun bir neçə gün sonra veriləcəyi bildirilib.
50 min TL alacağı olduğu iddia edilən gənc qız pulunu ala bilməyəndə müdiri ilə mübahisə edib. Həmin gün isə gənc qızın başına bərk əşya ilə zərbə vurularaq hovuza atılıb. Hadisə ilə bağlı saxlanılan 7 şübhəlidən 3-ü həbs edilib.
Qardaşının müalicəsi üçün Konyaya gedəcəyini və təxminən 50 min lirə alacağını deyən Zəhra Bayır iş sahibləri ilə mübahisə edib. Müzakirə böyüdükcə iş sahibləri Bayırın başına sərt əşya ilə zərbələr endiriblər. Zərbənin təsirindən yerə yıxılan Zəhranı oradakı işçilər məkanın bağçasındakı hovuza atıblar. Hadisəni görənlərin xəbəri üzərinə jandarma və sağlamlıq qrupları bölgəyə göndərilib. Həkimlər qrupunun nəzarəti altında hovuzdan çıxarılan Zəhranın dünyasını dəyişdiyi bildirilib.
Prokurorun araşdırmasından sonra Zəhranın cənazəsi yarılma üçün Muğla Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Aparılan əməliyyatlardan sonra Bayırın cənazəsi iyulun 26-da doğulduğu Konyanın Karapınar mahalına aparılaraq torpağa tapşırılıb.