Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycan-Türkiyə İttifaqı ətrafında ABŞ-Rusiya rəqabəti: Ermənistan daralmış “çəmbər”də təklənir

TURAN
31/07/2022 10:05
21
BAXIŞ
FacebookTwitterTelegram

Paşinyan hakimiyyəti, rəsmi Bakının Azərbaycanın daxili məsələsi hesab etdiyi Xankəndi və ətraf bölgə ilə bağlı mövzunu heç kimlə, o cümlədən də Ermənistanla müzakirə etməyəcəyini artıq anlayır… Ona görə də, rəsmi İrəvan yeni savaşdan yayınmaq məqsədilə Azərbaycana qarşı ərazi iddiasının olmadığını qabardır, Bakının 5 baza şərti çərçivəsində tezliklə yekun sülh sazişi imzalaya biləcəyinə eyham vurur…

Ermənistanın siyasi dairələri növbəti dəfə “sülh erası” şüarını ön plana keçirtməyə başlayıblar. Görünür, rəsmi Bakının sərt xəbərdarlıq mesajlarından nəticə çıxarıblar. Ermənistana tanınan zaman limitinin artıq sona çatmaq üzrə olduğunu anlayıblar.

Ancaq buna baxmayaraq, rəsmi İrəvanın “sülh erası” müstəvisinə birmənalı dönüş etdiyinə inanmaq sadəlövhlük olardı. Çünki, Ermənistanın davranışlarında “savaş erası”nın hələ aktuallığını qorumasına yönəlik əlamətlər də var. Yəni, rəsmi İrəvan sülh prosesinə yönəlik yalnız açıqlamalar verir. Davranışları isə məhz savaşa hüquqi səbəblər yaradır.

Məsələ ondadır ki, rəsmi İrəvan bir tərəfdən Ermənistan silahlı birləşmələrini sentyabr ayına qədər Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxaracağını bəyan edir. Digər tərəfdən isə Xankəndi və ətraf bölgədə “artsax ordusu” adı altında təlimlər keçirir, səngərlər qazır və silahlı təxribatlar törədir. Və bununla da hər kəsi aldada biləcəyini düşünür.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Halbuki, “artsax ordusu'” uydurma iddiadan başqa bir şey deyil. Xankəndi və ətraf bölgədə iqtisadiyyat demək olar ki, mövcud deyil. Bu bölgədə erməni separatçılar hələlik Ermənistan büdcəsindən verilən maliyyə vəsaiti hesabına terrorçuluq fəaliyyətlərini davam etdirirlər. “artsax ordusu” dedikləri də əslində, Ermənistan ordusunun bölgədə qalan tör-töküntülərindən başqa bir şey deyil.

Yəni, Ermənistan ordusunun tör-töküntüləri Xankəndi və ətraf bölgədən çıxarırlarsa, orada əlində silah olan heç erməni qala bilməz. Bölgədə cəmisi 20-25 min erməninin olduğu bildirilir. Onların arasından bir də hansısa qondarma “artsax ordusu”nun təşkil oluna biləcəyinə yalnız sadəlövhlər inanar. Üstəlik, ordu olduqca bahalı strukturdur. Bunun üçün yalnız canlı qüvvə deyil, silah-sursat, hərbi texnika, ərzaq təchizatı və s. lazımdır. Və erməni separatçıların isə hətta rəsmi İrəvanın dəstəyi ilə də bunu təmin etmək imkanları isə yoxdur.

Deməli, Ermənistan bəyan etdiyi kimi, Xankəndi və ətraf bölgədən öz silahlı birləşmələrini çıxartmalıdır. Bölgə tamamilə erməni silahlı terrorçu dəstələrdən təmizlənməlidir. Xankəndi və ətraf bölgədə yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edib, inteqrasiya olunmalıdırlar. Cənubi Qafqazda sülhün və sabitliyin yaradılması üçün bu variantın alternativi yoxdur.

Təbii ki, rəsmi Bakı Ermənistana güvənmir, problemi birdəfəlik həlli üçün öz maraqları çərçivəsində hərəkət edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanın davranışları sülhün təmin edilməsində çətinliklər yaradır” deməsi də rəsmi Bakının mövcud situasiyaya uyğun davranmaqda qərarlı olduğunu göstərir. Müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusuna erməni təxribatlarının qarşısını dərhal almaq barədə əmr verməsi isə həlledici mərhələnin sürətlə yaxınlaşmasının əlaməti sayıla bilər.

Çünki, əgər, xarici işlər naziri rəsmi İrəvanın sülh prosesinə əngəl yaratdığını bildirirsə, müdafiə naziri də erməni təxribatlarına qarşılıq olaraq, orduya “vur” əmri verirsə, demək, vəziyyət ciddidir. Yəni, hərbi variant artıq qaçılmaz xarakter almağa başlayıb. Və indi hər şey zaman seytnotu düşən Ermənistanın davranışlarından asılı olacaq.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Böyük ehtimalla rəsmi İrəvan qısa müddətdə qüvvələr nisbətini hesablamalı, Ermənistana xarici dəstəyin hansı səviyyədə ola biləcəyini nəzərə almalı, sülh və savaş arasında prinsipial seçim etməli olacaq. Halbuki, rəsmi İrəvan üçün elə də ümidverici perspektivdən danışmaq mümkün deyil. Çünki, Ermənistanın darmadağın edilmiş ordusu hələ də bərpa edilməyib. Azərbaycan ordusu qarşısında nəinki 44 gün, heç 4 gün belə, duruş gətirmək imkanında deyil.

Ermənistanın xarici himayədarlara olan ümidləri də qənaətbəxş görünmür. Rusiya Ukraynada “savaş bataqlığı”na ilişib, qalıb. Hazırda Kremlin Cənubi Qafqazda mövqelərinin ciddi şəkildə zəiflədiyi müşahidə olunur. Və belə bir vəziyyətdə Rusiya güvənmədiyi Ermənistan ucbatından Azərbaycan ilə münasibətlərini korlamağa həvəs göstərnəz.

Digər tərəfdən, Rusiya üçün Azərbaycan ilə tərəfdaşlıq hazırda heç vaxt olmadığı qədər böyük önəm daşıyır. Kremlin Azərbaycan ilə iqtisadi-ticari əməkdaşlığa ciddi ehtiyacı var. Üstəlik, Cənubi Qafqazda öz nüfuzunu və təsir gücünü artıran Türkiyə faktoru da həlledici amildir.
Məsələ ondadır ki, əksər rus və erməni politoloqlar Türkiyə faktorunu hazırda Cənubi Qafqazda “keçilməz sədd” hesab edirlər.

Onların fikrincə, dünyadan təcrid olunaraq, təklənmiş Rusiya üçün Türkiyə indi sivil dünya ilə yeganə “ünsiyyət pəncərəsi”nə çevrilməkdədir. Belə bir situasiyada Kremlə rəsmi Ankara ilə münasibətləri korlamaq deyil, əksinə, daha da inkişaf etdirmək vacib şərtdir. Hətta bəzi rus politoloqlar Rusiyanın gələcək taleyini xilas etmək üçün Kremlin Türkiyə ilə strateji müttəfiqliyə can atdığını da iddia edirlər.

Maraqlıdır ki, oxşar situasiya ABŞ-ın Cənubi Qafqaz siyasətində də müşahidə olunur. Hər kəsə aydındır ki, ABŞ-ın əsas hədəfi qətiyyən Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanması deyil. Ağ Ev regionda Rusiyadan boşalmaqda olan mövqeləri ABŞ-a sərfəli keyfiyyətdə doldurulmasına cəhd göstərir. Bu hədəfə isə Ağ Ev Türkiyənin iştirakı olmadan nail ola bilməz.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Ona görə də, Ermənistan cəmiyyətində də anlayırlar ki, ABŞ Azərbaycanı və Türkiyəni narazı salacaq planlara baş vurmaz. Hətta rəsmi İrəvana ABŞ və Qərbin Xankəndi və ətraf bölgənin Azərbaycanın suverenliyi altında qalmasının alternativinin olmadığı ilə barışdığını çatdırıblar. Bu məqam – regionda Türkiyə faktoru Cənubi Qafqazın gələcək taleyi baxımından, kuliminasiya nöqtəsi sayılır.

Türkiyənin mövqeyi isə açıq, birmənalı və qətiyyətlidir. Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Türkiyənin “qırmızı cizgi”sidir” deməklə, rəsmi Ankaranın Cənubi Qafqazda baş verə biləcək hadisələrə mümkün reaksiyasını əvvəlcədən elan edib. Türkiyə prezidentinin mövqeyini eynilə təkrarlayan xarici işlər naziri Mövlud Çavuşoğlü rəsmi Ankaranın bütün imkanları ilə Azərbaycanın yanında olduğunu vurğulayıb: “Ermənistanla normallaşma prosesi sadəcə, Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir”.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın son vaxtlara qədər “odla oynadığını” düşünmək olar. Paşinyan hakimiyyətinin Azərbaycan hərbi əməliyyatlara başlamadan rəsmi Bakı ilə hər mövzuda anlaşması Ermənistanın gələcək taleyi baxımından, böyük önəm daşıya bilər. Çünki, Azərbaycan ordusu hərəkətə gətirilərsə, onu nə ABŞ və Qərb, nə də Rusiya dayandırmağa çalışmayacaq. Arxasında güclü və hər kəsin tərəfdaşlığa can atdığı NATO ölkəsi Türkiyə olan Azərbaycanla münasibətlərin korlanmasına həvəs göstərilməyəcək.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Ermənistanın “sonun başlanğıcı” mərhələsinə girmək üzrə olduğunu artıq anlayır. Rəsmi İrəvan yeni savaş halında Ermənistanın yenə də təklənəcəyini artıq dəqiqləşdirib. Paşinyan hakimiyyəti artıq əmindir ki, əgər, ABŞ-ın sadəcə, seyirçi qaldığı 44 günlük savaşda Rusiya üçtərəfli anlaşma ilə müharibənin dayandırılmasına nail olmuşdusa, bu dəfə vəziyyət tamamilə fərqlidir. Yəni, indi Kremlin də Ermənistanı Azərbaycan ordusunun əlindən almaq üçün imkanları tükənmək üzrədir. Və hətta bəzi səhnəarxası anlaşmalardan sonra Rusiyanın ümumiyyətlə, buna həvəsinin ola biləcəyi də artıq müəyyən şübhələr doğurur.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Ona görə də, rəsmi İrəvan Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın vasitəsilə tez-tələsik Azərbaycana sülh sazişi ilə bağlı mesajlar verməyə çalışır. Armen Qriqoryan Azərbaycanın təklif etdiyi 5 bənd baza təklifində qəbuledilməz heç nə olmadığını növbəti dəfə təkrarlayıb. Ancaq Ermənistanın əlavə təkliflərini xatırlatmaq vərdişlərindən bu dəfə yayınıb. Çünki, rəsmi İrəvan anlayır ki, səbri tükənməkdə olan Azərbaycan yalnız öz şərtləri daxilində müzakirə aparmaq niyyətində qətidir. Əlavə təkliflərin xatırladılması isə indiki situasiyada rəsmi Bakını daha da qıcıqlandırmaqdan başqa heç bir işə yaramaz.

Ona görə də, Armen Qriqoryan bir çox mövzular üzərindən daxili auditoriyaya hesablanmış manevrlər etsə də, əsasən Ermənistanın Azərbaycana heç bir ərazi iddiasının olmadığını qabartmağa çalışıb. Eyni zamanda, rəsmi İrəvanın ən qısa zamanda Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərini almağa hazır olduğunu vurğulayıb. Ən əsasısa, onun dediklərindən birmənalı şəkildə anlaşılır ki, rəsmi İrəvan Qarabağın “status”u ilə bağlı yekun qərar olmadan belə, Azərbaycanla sülh sazişinin imzalana biləcəyini istisna etmir.

Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti, rəsmi Bakının Azərbaycanın daxili məsələsi hesab etdiyi Xankəndi və ətraf bölgə ilə bağlı mövzunu heç kimlə, o cümlədən də Ermənistanla müzakirə etməyəcəyini artıq anlayır. Bu baxımdan, rəsmi Bakının qətiyyətli mövqeyi qarşısında geri çəkilmək məcburiyyətində qalan Paşinyan hakimiyyəti üçün Ermənistanın xilası əsas hədəfə çevrilmiş kimi görünür. Üstəlik, həm zamanın, həm də “çəmbər”in eyni vaxtda daralması Ermənistanın küncə sıxışdırılmasını daha da asanlaşdırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Londondakı səfirliyimizə şəriətsevərlərin hücumunun pərdəarxası – TƏHLİL + FOTO
Analiz

Londondakı səfirliyimizə şəriətsevərlərin hücumunun pərdəarxası – TƏHLİL + FOTO

05/08/2022 15:15
III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir
Analiz

III Dünya Müharibəsinə bəhanə hazırlanır: Yeni Balkan savaşı ən çox kimə sərfəlidir

02/08/2022 13:53
Ukraynalı milyarderlərin gələcəyi təhlükə altında: Onların sərvətləri yox olacaqmı? – ARAŞDIRMA
1-MANŞET

Ukraynalı milyarderlərin gələcəyi təhlükə altında: Onların sərvətləri yox olacaqmı? – ARAŞDIRMA

28/07/2022 02:34
Ərdoğan ABŞ-a “Bayraktar” zərbəsi vəd edir: Ağ Ev Türkiyənin maraqları ilə hesablaşmalı olacaq
Analiz

Ərdoğan ABŞ-a “Bayraktar” zərbəsi vəd edir: Ağ Ev Türkiyənin maraqları ilə hesablaşmalı olacaq

27/07/2022 21:42
Rusiyadan “sürüşkən müttəfiqə” Xankəndi mesajı: Kreml İrəvanı niyə Şuşadan “vurdu”
Analiz

Rusiyadan “sürüşkən müttəfiqə” Xankəndi mesajı: Kreml İrəvanı niyə Şuşadan “vurdu”

16/07/2022 10:17
“Müharibə olsa, nə Rusiya, nə də Qərb bizə kömək edəcək…” – Ermənistanda panika
1-MANŞET

“Müharibə olsa, nə Rusiya, nə də Qərb bizə kömək edəcək…” – Ermənistanda panika

10/07/2022 14:56
SON XƏBƏR
“Meyit”lə yatanlar – erməni nekrofillərin bitməyən həyasızlığı

“Meyit”lə yatanlar - erməni nekrofillərin bitməyən həyasızlığı

Rusiya üçün müdhiş payız: Bahalaşma gəlir – Xəbərdarlıq olundu

Rusiya üçün müdhiş payız: Bahalaşma gəlir - Xəbərdarlıq olundu

Yaylaq Festivalındakı böyük tıxacla bağlı DİN-dən açıqlama

Yaylaq Festivalındakı böyük tıxacla bağlı DİN-dən açıqlama

Xəbər lenti

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21

Polis rəisi ağır qəza törətdi – Ölən var

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17

Bakıda şagird faciəvi şəkildə öldü

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

08/08/2022 10:15

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

08/08/2022 10:07

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

08/08/2022 10:05

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

08/08/2022 10:03

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

08/08/2022 09:44

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

08/08/2022 09:40

Daha bir əsgərimiz Laçında həlak oldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

08/08/2022 09:27

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

08/08/2022 09:13

Çanaqqalada meşə yanğını söndürülüb

Çanaqqalada meşə yanğını söndürülüb

08/08/2022 09:01

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

08/08/2022 09:01

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

08/08/2022 07:32

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

08/08/2022 07:15

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Ukraynada 26 min hərbi cinayət işi açılıb

08/08/2022 06:56

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

08/08/2022 06:37

Erməni hərbçi Göyçə gölündə boğuldu

Erməni hərbçi Göyçə gölündə boğuldu

08/08/2022 06:22

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

08/08/2022 06:09

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

07/08/2022 23:02

“Neftçi”nin qapıçısının burnu sındı

“Neftçi”nin qapıçısının burnu sındı

07/08/2022 20:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.