Alışqanla oynayan kişi təsadüfən özünü, yanacaqdoldurma məntəqəsini və maşınını yandırıb. Qorxunc hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib.
Bununla bağlı yayılan kadrlardan görünür ki, maşına yanacaq doldurarkən həmin şəxs əlində alışqanla oynayıb. Ancaq bir qığılcım kifayət edib ki, özü və maşını alovlara bürünsün.