Türkiyədə suvarma sistemi üçün tarlaya borular düzən gənc qız geriyə manevr edən traktorun altında qalması nəticəsində ölüb.
Medianews.az xəbər verir ki, hadisəni törətdikdən sonra qaçan Əfqanıstan əsilli sürücü 8 saat sonra yaxalanıb.
17 yaşlı İrəm Selçuk tarlaya quraşdırılan boruları sıralamaq üçün traktorun arxasına oturub. Bu zaman geriyə manevr edən traktor İrəmin üzərindən keçib. Bu hadisədən sonra Əfqanıstan vətəndaşı olan sürücü hadisə yerindən qaçarkən, digər işçilərin xəbərdarlığı ilə jandarma və sağlamlıq qrupları bölgəyə göndərilib.
Hadisə yerinə gedən təcili yardım ağır yaralanan qızı xəstəxanaya çatdırıblar. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq gənc qız dünyasını dəyişib.
Ətrafdakı işçilərin məlumatı əsasında şübhəlinin şəxsiyyətini təyin edən qruplar hər yerdə axtarış apararaq 8 saat sonra sürücünü tapıb. Qorxduğu üçün qaçdığını deyən sürücü sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.
Medianews.az