İstanbulda dəhşətli qətl hadisəsi törədilib.
Medianews.az xəbər verir ki, hərbi xidmətə getməyə hazırlaşan 20 yaşlı yeniyetmə evinin qarşısında əlbəyaxa davada iki qardaş tərəfindən ürək və kürəyindən bıçaqlanıb.
Kuryer olduğu öyrənilən 20 yaşlı Həsəncan Baytır iş gününün sonunda evinin olduğu küçəyə gəlib. Adları hələlik açıqlanmayan iki qardaş Həsəncan Baytırın qarşısını kəsib. Onlar daha sonra mübahisə etməyə başlayıblar. Mübahisə zamanı iki qardaş H.Baytırı ürəyindən bıçaqlayaraq qaçıblar.
Səsləri eşidən məhəllə sakinlərinin hadisə yerinə təcili yardım və polis çağırıb. Hadisə yerinə gələn təcili yardımın ilk müdaxiləsindən sonra ağır yaralanan Baytır xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan gənci bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Ürəyindən bıçaqlanaraq öldürülən gəncin tezliklə əsgərliyə gedəcəyi də məlum olub. Hadisə zamanı baş verənlər isə mobil ərazidə yaşayanlardan biri tərəfindən çəkilib.
Medianews.az