Beninin xarici işlər naziri Aurelien A. Aqbenonci ilə Fransa prezidenti Emmanuel Makronun arasında maraqlı anlar yaşanıb.
Medianews.az xəbər verir ki, sözügedən görüntülər dünya mətbuatında geniş müzakirələr yol açıb.
Belə ki, Fransa prezidenti Emmanuel Makron görüş zamanı əlini Benin xarici işlər nazirinin çiyninə qoyub. Daha sonra xarici işlər naziri çiynini əli ilə təmizləyib.
Sözügedən hadisə İyulun 27-də Afrika səfəri çərçivəsində baş verib. Sözügedən görüntülər Fransa mediasında yer almasa da, beynəlxalq mətbuatın və sosial platformaların gündəminə çevrilib.
“Twitter” istifadəçiləri Fransa prezidenti Makronun rəis olmağa çalışdığı üçün “alçaldıldığını” şərh ediblər.
Etdiyi hərəkət ilə gündəmə gələn nazir Aqbenonci “Twitter” hesabında bildirib ki, Makron pencəyinin üzərindəki tozu ona göstərdiyi üçün çiyinlərini təmiləyib. İstifadəçilər isə Aqbenoncinin bəyanatı ilə Makronun digər ölkələrin liderlərinə bənzər hərəkətlər etdiyini əks etdirən videoları paylaşıblar.
Medianews.az