Ukraynadan taxıl ixracına dair müqavilələrdə gübrələrin daşınması da nəzərdə tutulub.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.
Onun sözlərinə görə, Ukrayna taxılı yüklənmiş ilk gəmi iyulun 29-da yola düşə bilər.
“Biz ümid edirik və planlaşdırırıq ki, ilk gəmi yaxın günlərdə yola düşə bilər. Ümid edirəm ki, bu, sabah baş verəcək”, – deyə o, qeyd edib.