Britaniyalı aktyor Devid Uorner 80 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Bu barədə aktyorun ailəsi məlumat verib.
“Son 18 ay ərzində o, xəstəliyinə çox dərəcə həssaslıqla yanaşırdı. Biz – ailəsi və dostları onun üçün çox darıxacağıq. Onu mehriban, səxavətli və mərhəmətli bir insan və ata kimi xatırlayacağıq” – deyə ailəsinin bəyanatında deyilir.
Devid Uorner 1941-ci ildə Mançesterdə anadan olub. Londondakı nüfuzlu Kral Dramatik İncəsənət Akademiyasında təhsil alıb və 21 yaşında Karel Reyşin “Morqan: uyğun klinik vəziyyət” filmində baş rola çəkilib.
Daha sonra o, “Titanik”, “Omen”, “Tvin Pinks”, “Gözəl şahzadə” və başqa məşhur film və seriallarda rol alıb.