İranda iyulun 22-dən etibarən Tehran, Fars, Sistan və Bəlucistan, İsfahan, Kohgiluye və Alıcı Əhməd, Çaharmahal və Bəxtiyari, Kirman, Yəzd, Buşehr, Semnan, Elburz, Qəzvin, Qum, Zəncan, Gilan, Hörmüzqan və Xuzistan vilayətlərində baş verən daşqınlar səbəbindən 44 nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, Fars vilayətinin 19 şəhərində baş verən daşqın nəticəsində ümumilikdə 23 nəfər həyatını itirib, 988 nəfər isə yaralanıb.
Fars vilayətinin Qırmızı Aypara Cəmiyyətinin sədri Hüseyn Dərvişi bildirib: “Zarin Daşt, Geraş, Darab, Niriz, Fəraşbənd, Məmsani, Kazron, Xorrambid, Sepidan, Bəxteqan, Xorame, Kohçenar, Firuzabad, Abadə, Mərudast, Şiraz, Fəsa, Ərsəncan, İqlid şəhərləri daşqından təəsirlənib. İndiyədək 2 min 339 adam seldən zərər çəkib. Yardım qruplarımızın bölgədə axtarış-xilasetmə işləri davam edir”.
İranın paytaxtı Tehranda baş verən sel fəlakətində 18 nəfər həyatını itirdiyi halda, Tehranın Firuzkuh şəhəri və İmamzadə Davud bölgəsində baş verən seldə çoxlu evlər su altında qalıb, onlarla avtomobili sel suları aparıb. Firuzkuh şəhərində 10 nəfərin cəsədinin tapıldığı, 12 nəfərin yaralandığı açıqlansa da, Tehran valisi Muhsin Mənsuri “Dünən gecə baş verən seldə 10 nəfər həyatını itirib, 12 nəfər yaralanıb. Hələ də itkin düşmüş 16 vətəndaşımız var və axtarışlarımız davam edir”,-deyə bildirib.
İranın Mazenderan vilayətinin Çalus şəhərində 3 nəfər həyatını itirərkən, Mazenderan vilayətinin Böhran İdarəetmə Başçısı Hüseyn Əli Məhəmmədi, “təəssüf ki, 3 nəfəri sel suları apararaq həyatını itirdi. Bundan başqa, çoxlu sayda ev və avtomobilə ziyan dəyib”.
Meteorologiya Müdirliyindən edilən şərhdə, yağışların həftə ərzində ölkə daxilində davam edəcəyi açıqlanarkən, vətəndaşlara dərə və çay yatağından uzaq olmaları barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, 2019-cu ildə İranın cənubunda leysan yağışların səbəb olduğu daşqınlarda 76 nəfər ölüb.
Leyla, Medianews.az