Müasir dövrdə qidalanmada ən böyük probləmlərdən biri və ən başlıcası fast food,yəni tez hazır olan qidalardır.
Son zamanlarda milli mətbəximizin yeməklərindən deyildə “fast food” qidalarına üstünlük verlisməsinin ən böyük səbəbləri ilk növbədə fast food qidalarının daha ucuz, rahat, tez bir zamanda hazırlanması və dırnağarası desək daha dadlı görsənmələri ilə bağlıdır.
“Fast food” qidalara hamburger, dönər, sendviç, pizza, səkərli içkilər, kartof fri, çips hətda bəzi restoranlarda satılan ziyansızdı dediyimiz ucuz başa gələn nagetslər də aiddir.
Nagetslərin hazırlanmasının çox ucuz olmasının səbəbi hazırlanarkən toyuğun döş hissəsiylə bərabər dərisindən istifadə olunmasıdır.
Hazırlanarkən quru olmaması üçün yağlardan istifadə olunması və bir-birinə birləşməsi üçün sodyum sulfatdan istifadə olunması sonrakı zamanda öz mənfi təsirini göstərir.
“Fast food” qidaların zərərli olmasının başlıca səbəbi hazırlanmasında istifadə olunan qidaların dondurulub daha sonra düzqün olmayan yağlarda bişirilməsidir.
Hazırlanmasında istifadə olunan yağlar gün ərzində 10-12 saat istifadə olunduğunda görə bu yağların tərkibində çox dəyişikliklər getdiyinnə göre yağın tərkibindəki E vitamini dağılır və bunun nəticəsində orqanizmdə xərçəng xəstəliyinin yaranması riski artır.
Bu qidaları qəbul etdikdə alınan lazımsız kalorilər orqanizmi yağlandırır, xolestrolun səviyyəsin qaldırır, qan damar sistemin zəiflədir, qanda şəkərin miqdarın tez bir zamanda qaldırır.
Bu hazır qidaların ziyanın daha aydın bildirmək üçün qeyd edimki bir hamburger, bir kartof fri, bir şəkərli içki 1050 lazımsız kaloridir.
Bir sual ortaya çıxır ki, orqanizmin enerji ehtiyacın qarşılamaq üçün gün ərzində 2000 kalori lazımdırsa bunun 1050 kalorisin bu qidalardan alırıqsa bu düzgündürmü? Əlbətdəki xeyr, çünki düyü,ət kimi qidalardan alınan kalorini bədən mənimsəyə bilir.
“Fast food” qidaların kalorisi isə düzgün saxlanılma, bişırilmə və düzgün ərzaqlardan istifadə olunmadığına görə bədən bu kalorini qəbul edə bilmir və bu dərialtı yağa çevrilərək orqanizmə öz fəsadların verir.
“Fast food”dan aldığımız 1050 kalorinin dərialtı yağa kəçməməsi üçün bədəndən yalnız idman vasitəsi ilə çıxarmaq mümkündür. Bunu atmaq üçünsə qaçış lentində orta hesabla 2 saat vaxt lazımdır.
Bu qidaları qəbul edərkən bədən lazım olan vitamini almadığına görə bədəndə A,C eləcədə kalsium catışmamazlığı yaranırki bu da ürəkdə, orqanizmin skelet sistemində, katarakat yeni göz xəstəliyinin yaranmasına səbəb olur.
Amerikadan bütün dünyaya yayılan bu qidalar ölkəmizdə də uşaqlar və cavanlar daha çox üstünluk verilir. Bu qidaların ziyanı valideynlər tərəfindən başa düşülməli və uşaqları bu qidalardan uzaq tutmalıdırlar.
Medianews.az