Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Afət Fərmanqızı: “İki arvadın söz davası nə vaxtdan…” – MÜSAHİBƏ

XƏYALƏ
29/07/2022 18:44
336
BAXIŞ
FacebookTwitterTelegram

“Mən haqqımı tələb edirəm və Flora Kərimovanın 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyirəm”.

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı Cebhe.info-ya müsahibəsində deyib.

– Afət xanım, dünən Flora Kərimovanı məhkəməyə verdiyinizi açıqladınız. Hazırda tələbiniz nədir?

– Flora illər əvvəl məni təhqir eləmişdi. Mən də onu məhkəməyə vermək üçün sənədləri hazırlamışdım. Amma aparıcı Mətanət Əliverdiyeva xahiş etdiyinə görə onu məhkəməyə verməkdən vaz keçmişdim. Bunun üzərindən 3 il keçdikdən sonra, 2022-ci ildə Flora özü təhqir etməsinə baxmayaraq, məni məhkəməyə verdi. Ümumiyyətlə, mən bunların arxasında kimin dayandığını və məqsədinin nə olduğunu bilirəm. Belə olan halda mən də qanuni haqqımdan istifadə edərək, məni öz səhifəsində təhqir etdiyi paylaşımların görüntülərini məhkəməyə təqdim etdim. Çünki o, məni “uşaq cəlladı” adlandırıb. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə, o, məni kiminsə ölümündə günahlandırır. Bütün bunların hamısını məhkəməyə təqdim etmişəm və onun həbsini tələb edirəm. Flora mənim ünvanıma demişdi ki, məhkəməyə gəlməsə, qulağından tutub gətirəcəklər. O, həmin cümləsini unutmasın. Yəni məhkəməyə gəlməyənin necə gətirildiyini düşünsün və gəlsin. Çünki heç yerə qaça bilməz.

– Sizin ölkəyə qayıdan kimi həbs olunacağınıza dair xəbərlər var. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

– Qarşı tərəf özünə yaxın mənbələrə bu cəfəng məlumatları yalandan yazdırıb. İki arvadın söz davası nə vaxtdan həbsli axtarışa səbəb olur ki? Mənim barəmdəki axtarış qərarında həbs yoxdur. Bunun hamısı Floranın məni gözdən salmağa hesablanmış xəbərləri idi, amma tam əksi oldu. Reklam güclü olduğu üçün toylarım da çoxaldı. Hazırda Rusiyada işlərim çox yaxşıdır və hətta düşündüyümdən də əladır. Bunun ən bariz nümunəsi “Instagram” hesabımdakı paylaşımlarımdır. Burada hər gün el şənliklərində iştirak edirəm. Bunların hamısı sevgidən irəli gəlir. Mən Rusiyadakı toylara Azərbaycandakından da iki dəfə artıq qiymətə gedirəm.

– Ölkəyə nə zaman qayıdacaqsınız?

– Hamiləliyimlə əlaqədar olaraq həkimim təyyarəyə minməyimə icazə vermir. Çünki bu, uşağın həyatı üçün təhlükəlidir. Amma övladım dünyaya gəldikdən sonra mütləq qayıdacağam. İnşallah, nə vaxt həkim icazə versə, onda da Azərbaycana gələcək və məhkəmədə iştirak edəcəyəm.

– Siz məhkəməyə sənədlər təqdim etmisiniz?

– Hazırda lazımi sübutlar məhkəmədə toplanıb. Amma məhkəmə qərarında yalandan yazılıb ki, guya təqdim olunmayıb. Mənim vəkilim hamiləlik kağızımı və Rusiyada olmadığım barədə də bütün sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, məhkəmə qərəzli şəkildə heç bir əsas gətirmədən məhkəməyə getmədiyimi yazıb. Bunlar yalandır. Vəkilim Ramin Rüstəmov məhkəməyə Rusiyada ailə qurmağım, analıq məzuniyyətinə çıxmağım və hamiləliyimlə bağlı arayışları, sənədləri təqdim edib. Bəs Floranın təşkil etdiyi məhkəmə nə üçün bunları görməzdən gəldi?

Nəyə görə məhkəmə qanunsuz olaraq mənim barəmdə axtarış qərarı verdi? Belə olan halda məhkəmənin qərəzli olduğu bir daha görünür. Amma Azərbaycan polisi sağ olsun! Çünki Binəqədi məhkəməsindən fərqli olaraq, Binəqədi polisi qərəzsiz mövqe sərgilədi. Polis məni aradı, mən də anında cavab verdim bütün sənədləri polisə təqdim etdim və dedim ki, həkim nə vaxt icazə versə gələcəyəm. Bir daha sizin vasitənizlə Azərbaycan polisinə təşəkkür edirəm.

– Yəni axtarışa verilməyinizin yanlış olduğunu düşünürsünüz?

– Bəli. Hətta Flora açıqlama verib ki, Afət məhkəməyə gələ bilməyəcək, çünki polis tərəfindən axtarışdadır. Ona sual verirəm ki, kimə və nəyə güvənirsən? Sizin vasitənizlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin nəzərinə çatdırıram ki, Flora Kərimova xüsusi ittiham qaydası ilə kimə cinayət işi açdırmaq istəyirsə, asanlıqla Binəqədidə arzusuna çatır. Qeydiyyatım Tovuz rayonunda olmasına baxmayaraq, məni Binəqədi rayon məhkəməsinə verib. Həmçinin, 6 maddə pozuntusu ilə Binəqədi məhkəməsi mənə qarşı cinayət işi başladır. Biz hara şikayət etsək də, heç bir cavab ala bilməmişik. İndi ümid Ali Məhkəmənin qarşıdakı məhkəməsinə qalıb.

Binəqədi rayon məhkəməsi qərəzli bir qərar çıxarıb ki, guya mən heç bir səbəb gətirmədən məhkəmədən yayınıram. Binəqədi məhkəməsi rayonun polisinə mənim məhkəməyə gəlmədiyimi deyərək, aldadıb. Mən isə polisə qaçmadığımı və yerimi dedim. Sadəcə olaraq, üzrlü səbəbim olduğunu polisin diqqətinə çatdırdım.

DAHA ÇOX OXU

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO
export

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

08/08/2022 10:15
Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar
Magazin

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

08/08/2022 09:40
“Bakıya qayıdanda amulet boynumda ikiyə bölünüb”
export

“Bakıya qayıdanda amulet boynumda ikiyə bölünüb”

07/08/2022 13:42
Xalq artisti çimərlik geyimində – FOTO
export

Xalq artisti çimərlik geyimində – FOTO

07/08/2022 13:19
Arif Babayev həyat yoldaşı ilə Şuşada – FOTO
export

Arif Babayev həyat yoldaşı ilə Şuşada – FOTO

06/08/2022 15:24
“Alfons oğlanlar, qadın hesabına yaşayan kişilər çoxdur” – Cavanşir Məmmədov
export

“Alfons oğlanlar, qadın hesabına yaşayan kişilər çoxdur” – Cavanşir Məmmədov

06/08/2022 15:12
SON XƏBƏR
Elm və təhsil naziri: “İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir”

Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"

Ronalduya pul əvəzinə 20 qoyun təklif edildi – FOTO

Ronalduya pul əvəzinə 20 qoyun təklif edildi - FOTO

Yoluxanlarla bağlı günün statistikası açıqlandı

Yoluxanlarla bağlı günün statistikası açıqlandı

Xəbər lenti

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21

Polis rəisi ağır qəza törətdi – Ölən var

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17

Bakıda şagird faciəvi şəkildə öldü

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

08/08/2022 10:15

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

08/08/2022 10:07

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

08/08/2022 10:05

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

08/08/2022 10:03

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

08/08/2022 09:44

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

08/08/2022 09:40

Daha bir əsgərimiz Laçında həlak oldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

08/08/2022 09:27

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

08/08/2022 09:13

Çanaqqalada meşə yanğını söndürülüb

Çanaqqalada meşə yanğını söndürülüb

08/08/2022 09:01

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

08/08/2022 09:01

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

08/08/2022 07:32

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

08/08/2022 07:15

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Ukraynada 26 min hərbi cinayət işi açılıb

08/08/2022 06:56

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

08/08/2022 06:37

Erməni hərbçi Göyçə gölündə boğuldu

Erməni hərbçi Göyçə gölündə boğuldu

08/08/2022 06:22

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

08/08/2022 06:09

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

07/08/2022 23:02

“Neftçi”nin qapıçısının burnu sındı

“Neftçi”nin qapıçısının burnu sındı

07/08/2022 20:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.