Bazar ertəsi, 8 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ukraynalı milyarderlərin gələcəyi təhlükə altında: Onların sərvətləri yox olacaqmı? – ARAŞDIRMA

TURAN
28/07/2022 02:34
362
BAXIŞ
FacebookTwitterTelegram

Rusiyanın Ukraynaya təcavüzündən sonra hər zaman yada rus oliqarxları gəlsə də, ukraynalı oliqarxlar da öz ölkələrində gündəmdədir.

Bəzi oliqarxlar müharibəyə qarşı adekvat mövqe tutmamaqda ittiham edilsə də, önə çıxanlar da olub. Müharibə başlayandan sonra bütün dünya rus oliqarxlarının durumundan danışırdı.

İsveçrədəki hesabları dondurulub, müxtəlif sahillərdəki yaxtaları müsadirə edilib.

Bu adlardan biri Roman Abramoviç müharibə ərəfəsində simvola çevrildi, iş adamı İstanbuldakı danışıqlarda iştirakı ilə diqqət çəkdi, “Çelsi” futbol klubunu satmaq məcburiyyətində qaldı.

Qeyd edək ki, Ukraynada oliqarxlar Sovet İttifaqı dağılandan sonra ön plana çıxıb. Müharibədən əvvəl bu oliqarxların ölkə iqtisadiyyatı ilə yanaşı daxili siyasətdə də müəyyən çəkisi var idi.

Ukraynalı deputat, eyni zamanda Zelenskinin seçki kampaniyası üzrə müşaviri Mykyta Poturyaev deyir ki, oliqarxların hazırda Ukrayna siyasətində heç bir çəkisi yoxdur. Strateqlər də şərh edirlər ki, Ukraynada oliqarxlar üzərində ən çox təsiri olan şəxs Ukrayna prezidenti Zelenskidir. Bəzilərinə görə isə ölkəyə sülh gələndə oliqarxların əvvəlki iqtidarlarını bərpa etməsi mümkün olmayacaq.


Volodimir Fesenko

Ukraynalı analitik Volodimir Fesenko deyir: “Oliqarxların hazırkı prioriteti bizneslərini davam etdirmək və itkilərini minimuma endirməkdir. Müharibədən sonra biz oliqarxların öz güclərini bərpa etmək üçün hər şeyi edəcəklərini görəcəyik. Rusiya ilə potensial atəşkəs razılaşmasının şərtləri də Zelenskinin müharibədən sonrakı siyasi karyerası üçün həlledici olacaq”.


Ukrayna prezidenti Zelenskinin keçən ay britaniyalı milyarder Riçard Bransonla görüşü …

Zelenskinin prezident olduğu ilk zamanlarda BVF və Avropa Birliyi Ukraynada oliqarx sistemini zəiflətməyi tövsiyə edib. Zelenski isə 2021-ci ilin sentyabrında azad bazarı gücləndirmək üçün bəzi qanunlar qəbul etmişdi. Qanuna görə, oliqarxlar aşağıdakı kimi müəyyən edilir: siyasi həyatda iştirak edən, mediaya təsiri olan, inhisar sahibi olan, aktivləri 1 milyon ukraynalının maaşına bərabər olan şəxs.

Rinat Axmetov

Ölkənin ən varlı adamı olan Rinat Axmetov oliqarx sözünü qəbul etmədiyini, qanunun qəbulundan sonra keçən ay media şirkətini dövlətə verdiyini bildirib. Rinat Axmetova məxsus “Azovstal” dəmir-polad zavodu ruslar tərəfindən dəfələrlə bombalanıb, içəridəki işçilərin vəziyyəti günlərlə müzakirə olunub. 55 yaşlı iş adamı həm də Donetsk “Şaxtyor” futbol komandasının sahibidir.

Axmetov deyir ki, rusların müharibə zamanı mülklərinə vurduğu ziyana görə Rusiyaya qarşı 17-20 milyard dollar arası təzminat tələbi ilə məhkəməyə müraciət edəcək. Ötən il iyunun ortalarında Bloomberg tərəfindən mirası 6,7 milyard dollar olaraq qeyd edilən oliqarxın indi sərvətinin 2/5 hissəsini itirdiyini söyləmək olar.


Dmitri Firtaş

Müharibə başlayandan sonra bir çox oliqarxlar hərbi və humanitar təşkilatlara ianə verdilər. Vyanada olan və ABŞ-a ekstradisiyasını gözləyən oliqarx Dmitri Firtaş Ukraynaya qayıdaraq ölkəsinə kömək etmək istədiyini deyir. Fırtaşın Ukraynada çoxlu gübrə zavodları var. Bu fabriklərdən bəziləri bombalanıb.

Müharibə səbəbindən Ukrayna siyasətində durğunluq yaranıb. İşğal gündəmi zəbt edərkən, son həftələrdə həyata keçirilən vətənə xəyanət araşdırması çərçivəsində Ukrayna baş prokuroru da daxil olmaqla, işdən çıxarılmalarla bağlı yalnız bir-iki deputat açıqlama verib. Ukrayna parlamentində böyük sükut hökm sürür, müharibədən əvvəl davalarla gündəmə gələn parlamentdə səs yoxdur.


Volodimir Yermolenko

Kiyevdən yayımlanan “Ukrayna dünyası” saytının yayım direktoru Volodimir Yermolenko “Oliqarxları başa düşmək üçün orta əsr Avropasını düşünmək olar, krallar feodallarla rəqabət aparır”,-deyə bildirir.

Yermolenko oliqarxların ölkədə siyasətçilərlə güc balansı baxımından da faydalı olduğunu düşünür. Məlumdur ki, Ukraynada şəxsi sərvəti 90 milyon dollardan çox olan 40-dan çox insan var. Prezident Zelenskinin bu cür oliqarxlara qarşı getməsinin başqa bir səbəbi onun keçmiş prezident Yanukoviçlə yaxınlığıdır.

Keçmiş prezidentlərdən biri, özü də oliqarx olan Poroşenkoya qarşı şərqdəki separatçılardan kömür aldığına görə məhkəmə iddiası da var. Lakin keçmiş lider indi öz ölkəsini müdafiə edir. 15 illə mühakimə olunduğu bu istintaqı xatırladanda Poroşenkonun verdiyi cavab budur: “Xahiş edirəm, bu (oliqarx) sözü işlətməyin. Hazırda müharibədəyik. Görün burada kimlər vətənini müdafiə edir, kim qaçıb. Görün kimlər orduya pul xərcləyir, kim oğurluq edir, vergisini kim ödəyir, kim ödəmir?”.

Turan Oruc
Medianews.az

DAHA ÇOX OXU

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO
1-MANŞET

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29
“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq
export

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22
DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
1-MANŞET

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21
Polis rəisi ağır qəza törətdi – Ölən var
1-MANŞET

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18
Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO
export

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17
Bakıda şagird faciəvi şəkildə öldü
export

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16
SON XƏBƏR
Bill Qeyts gələcəyin ən önəmli peşəsindən DANIŞDI: “Böyük pullar qazanacaqlar”

Bill Qeyts gələcəyin ən önəmli peşəsindən DANIŞDI: "Böyük pullar qazanacaqlar"

“Fənərbağça” azarkeşinin Putin lehinə şüarı dünya gündəmi oldu – VİDEO

“Fənərbağça” azarkeşinin Putin lehinə şüarı dünya gündəmi oldu - VİDEO

Nigar Camalın qızından iddialı paylaşım – FOTO

Nigar Camalın qızından iddialı paylaşım – FOTO

Xəbər lenti

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu – VİDEO

08/08/2022 10:29

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

“Qarabağ”ın kapitanı “Ferentsvaroş”la cavab oyununu buraxacaq

08/08/2022 10:22

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

08/08/2022 10:21

Polis rəisi ağır qəza törətdi – Ölən var

Polis rəisi ağır qəza törətdi – Ölən var

08/08/2022 10:18

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

Bankomatdan vətəndaşların pulunu oğurlayan şəxs ələ keçdi – VİDEO

08/08/2022 10:17

Bakıda şagird faciəvi şəkildə öldü

Bakıda şagird faciəvi şəkildə öldü

08/08/2022 10:16

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

Roza Zərgərlinin bahalı parfümünün qiyməti HƏR KƏSİ ŞOKA SALDI – VİDEO

08/08/2022 10:15

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

Azərbaycanda unun qiyməti bahalaşacaq – Çörəyin qiyməti artacaq? – VİDEO

08/08/2022 10:07

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub

08/08/2022 10:05

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

“Sabah” – “Sumqayıt” oyununda meydançaya it girdi – VİDEO

08/08/2022 10:03

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ

08/08/2022 09:44

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

Hollivud ulduzu Zelenski ilə görüşdü – Fotolar

08/08/2022 09:40

Daha bir əsgərimiz Laçında həlak oldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

08/08/2022 09:27

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

08/08/2022 09:13

Çanaqqalada meşə yanğını söndürülüb

Çanaqqalada meşə yanğını söndürülüb

08/08/2022 09:01

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

Ermənistanın Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb

08/08/2022 09:01

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

“İslami Cihad” Qəzzada atəşkəsə razılaşıb

08/08/2022 07:32

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

08/08/2022 07:15

Ukraynada 26 min hərbi cinayət işi açılıb

Ukraynada 26 min hərbi cinayət işi açılıb

08/08/2022 06:56

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

Moldova çempionatında qorxulu anlar – Futbolçu komaya düşdü – VİDEO

08/08/2022 06:37

Erməni hərbçi Göyçə gölündə boğuldu

Erməni hərbçi Göyçə gölündə boğuldu

08/08/2022 06:22

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

“Müsəlmanların qətli məni qəzəbləndirir” – Bayden

08/08/2022 06:09

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib

07/08/2022 23:02

“Neftçi”nin qapıçısının burnu sındı

“Neftçi”nin qapıçısının burnu sındı

07/08/2022 20:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.