Məşhur türk müğənni Sertab Erener koronavirusa yoluxub.
Medianews.az xəbər verir ki, sənətçinin “Covid 19” testi pozitiv çıxıb və bu səbəbdən onun 27 iyula planlaşdırılan konsertinin vaxtını dəyişdirələrək, 18 oktyabr 2022-ci il tarixinə təxirə salınıb. Bildirilir ki, bilet alan tamaşaçıların biletləri yeni tarix üçün etibarlı olacaq.
57 yaşlı müğənni mövzu ilə bağlı yeni paylaşım edib. Yatağından izləyicilərini səslənən Erener bildirib: “Covidə yoluxmayın, buna ehtiyac yoxdur! Mən maskamı heç vaxt çıxarmamışam və haradan yoluxduğumu da bilmirəm”.
Leyla, Medianews.az