Uzun müddətdir ki, Xalq artisti Flora Kərimova ilə Afət Fərmanqızının məhkəməsi davam edirdi. Bu gün isə Flora Kərimova növbəti məhkəmə işi ilə gündəmə gəlib. Belə ki, jurnalist, şairə Ülviyyə Alovlu xüsusi ittiham qaydasında Flora Kərimova barəsində məhkəməyə şikayət ərizəsi yazıb. Jurnalist müğənnini ona böhtan atdığı üçün Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələrilə şikayət edərək həbsini tələb edir.
Mövzu ilə bağlı Medianews.az-a danışan müğənni Afət Fərmanqızı Xalq artistinin davamlı olaraq işinin məhkəmədə olduğunu vurğuladı:
“Düşünürəm ki, Flora Kərimova boş qalan günlərində də məhkəməyə gedib-gəlsin. Özünü oranın işcisi kimi görür. Flora məhkəməsiz qala bilmir, gəlsin mənim vəkilimə cavab versin, özü söz atır, təhqir edir, sonra da məni məhkəməyə verir. Gəlsin etdiyi təhqirlərə cavab versin, özü də ad çəkərək təhqir edib. 82 yaşında arvad, nəvəsi yaşında müğənninin uğurlarını həzm edə bilmir, ağzına gələni deyir. Nəvələri yaşda müğənniləri məhkəməyə verməkdən ləzzət alır bu adam. Xoşu gəlir, ləzzət alır məhkəmələrə getməkdən, hodri meydan, buyursun.
Ayın 2-də mənim də məhkəməmdir, hələ birinci mənə cavab versin sonra Ülviyəyə cavab verər”.
Medianews.az