Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts qatıldığı onlayn konfransda iqlim texnologiyaları sahəsində çalışanların gələcəkdə böyük gəlir əldə edəcəklərini bildirib.
Medianews.az xəbər verir ki, Bill Qeyts insanların iqlim dəyişikliyi və texnologiyaları ilə məşğul olmasının lazım olduğunu vurğulayıb.
“Riskli bir peşədir, amma sona qədər müqavimət göstərənlər əldə etdikləri qazanclara inanmayacaqlar. Gələcəkdə bunlar “Google”, “Microsoft”, “Tesla” və “Amazon” kimi böyük şirkətləri geridə qoyacaqlar”-, deyə milyarder bildirib.
Bill Qeyts xüsusilə elektrik avtomobilləri, akkumulyator texnologiyaları və hidrogen mühərriklərinin əhəmiyyət qazanacağını bildirib.
Onlayn konfransda açıqlamalar verən B.Qeyts iqlim sərmayələrinin hələlik riskli olduğunu, ancaq önümüzdəki illərdə ön plana çıxacağını vurğulayıb.
Medianews.az