1969-cu il iyulun 20-də Aya enən astronavt Buzz Aldrinin şəxsi əşyalar kolleksiyası Nyu-Yorkda Sotheby’s tərəfindən hərraca çıxarılıb.
Medianews.az xəbər verir ki, Aldrinin kosmosa səyahəti zamanı geyindiyi, üzərində ABŞ Aeronavtika və Kosmos İdarəsinin (NASA) loqosu və ABŞ bayrağı olan pencəyi 2 milyon 772 min 500 dollara satılıb. 92 yaşlı astronavtın gödəkçəsi indiyə qədər satılan ən qiymətli Amerika kosmos artefaktı olub.
Məlumata görə, Aldrinin təmirdə istifadə etdiyi elektrik açarı və qələmi hərracda şəxsi əşyaları arasında olub.
Bildirilir ki, bu şəxsi kolleksiyasındakı 69 ədəd əşyanın hamısı 8 milyon 184 min 578 dollara alınıb.
Qeyd edək ki, Nil Armstronqdan sonra Aya ayaq basan ikinci şəxs kimi tarixə düşən Aldrin Apollon 11 missiyasında iştirak edən astronavtların yeganə canlı üzvüdür.
Leyla, Medianews.az