Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.
Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.